16:20 16 Yanvar 2018
185 dəfə oxunub
Çap versiyası
...

 

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, Xalq Artisti, Prezident təqaüdçüsü Fatma Mahmudova bu dəfə səhnəyə tamaşaçıların adət etmədiyi tərzdə, fərqli ampulada, daha ciddi və dramatik bir obrazda çıxacaq.

Yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” əsərinin məşqləri zamanı Xalq Artisti Fatma Mahmudova: “Bu dəfə komediya olmayacaq” deyə, xüsusi vurğulayıb. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin rejissorluğu ilə ərsəyə gələn bu iki hissəli pyesdə Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edilir, Fatma xanım isə burada nənə (ana) rolunu canlandırır.

Əsər Fransada - qürbət eldə həsrət dolu yuxularla təskinlik tapan Ceyhun Hacıbəylidən bəhs etsə də, o ümumilikdə, vətənsiz yaşayan bütün mühacirlərin ümumiləşdirilmiş obrazıdır.

Tamaşada rolları Xalq artisti Fatma Mahmudova ilə yanaşı, Əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövü Hüseynov, Anton Ferştandt, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Nadir Xasıyev, Mehriban Zalıyeva, Firus Məmmədov və Şaban Cəfərov ifa edirlər. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanov, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov və Niyazinin musiqilərindən istifadə olunacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-02-2018
23.02.2018 Qızıl ucuzlaşdı
23.02.2018 Neft ucuzlaşıb
22-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6506 san