23:05 16 Yanvar 2018
372 dəfə oxunub
Çap versiyası
...

 

 

Gürcüstanın Saçxeri və İmeretidəki hərbi məktəblərində “Dağlıq ərazilərdə hərbçilərin qış hazırlığı” kursu başlayıb.

Strategiya.az Gürcüstan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edirlər.

Hərbi təlimlərə, həmçinin Gürcüstan, Latviya, Polşa və Ermənistandan olan hərbçilər də qatılıblar.

Kurslarda hərbçilər dağlıq ərazilərdə qarlı havada manevr etmək, axtarış-xilasetmə tədbirlərinin təşkili, qar uçqunları altında qalmış insanlara ilkin tibbi yardımın göstərilməsi, onların təxliyəsi və sair barədə bilik və bacarıqlarını artıracaqlar.

Kursu müvəffəqiyyətlə başa vuran hərbçilərə sertifikatlar və döş nişanları təqdim olunacaq.

Hərbi təlimlər fevralın 2-də başa çatacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-02-2018
21-02-2018
21.02.2018 Sabahın havası
21.02.2018 Neftin qiyməti
21.02.2018 Bərdədə yanğın
20-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0584 san