08:42 17 Yanvar 2018
903 dəfə oxunub
Çap versiyası
...

Astarada külli miqdarda narkotik maddə satmaq istəyən şəxs saxlanılıb. Məlum olub ki, onun üzərindən və yaşadığı evdən aşkar edilən tiryək ölkə ərazisinə qaçaq yolla keçirilib.

Qaçaq yolu ilə ölkə ərazisinə keçirilən narkotik maddəni satmaq istəyən şəxs tutulub.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Astara şəhər sakini, 37 yaşlı Ramin Quliyev şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb. Saxlanılan zaman onun üzərindəki bağlamada 1 kiloqramdan çox narkotik vasitə olan tiryək aşkar edilib.

Ramin Quliyevin yaşadığı Qum küçəsi 50 ünvanında aparılan yoxlama zamanı evin zirzəmisindən daha 2 kiloqramdan çox narkotik vasitə olan tiryək maddi sübut kimi götürülüb. Ramin Quliyev ifadəsində bildib ki, külli miqdarda olan narkotik maddə ölkə ərazisinə qaçaq yolla gətirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-08-2018
17-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5507 san