11:09 17 Yanvar 2018
412 dəfə oxunub
Çap versiyası
...

Ötən gün vətəndaşlar tərəfindən xeyli sayda silah könüllü olaraq polis orqanlarına təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 16-da Naxçıvan DİN-ə, Sabunçu RPİ-nin 42-ci Polis bölməsinə, Culfa, Zərdab və Ağdaş rayon Polis şöbələrinə vətəndaşlar tərəfindən ümumilikdə 6 silah – 1 ədəd “AKMS” markalı avtomat silahı, 2 ədəd “İJ”, 3 ədəd “TOZ” markalı tüfəng, 2 ədəd süngü bıçaq və 13 ədəd patron sandığı təhvil verilib.

Polis əməkdaşları tərəfindən əhali arasında mütəmadi aparılan qabaqlayıcı-profilaktiki, hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər davam edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Lənkəranda ev yanıb
08:54 25.05/2018
Sabah hava necə olacaq?
13:29 24.05/2018
 
Xəbər başlıqları
25-05-2018
24-05-2018
24.05.2018 Şabranda ev yanıb
24.05.2018 Neft ucuzlaşıb
23-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8563 san