18:39 19 Yanvar 2018
338 dəfə oxunub
Çap versiyası
...

Misirin şimalındakı El-Alameyn şəhəri ərazisindəki arxeoloji obyektdə işləyən arxeoloqlar qayanın içində yunanların hakimiyyətdə olduğu dövrə aid qədim sərdaba aşkar ediblər.

AZƏRTAC “Ahram Online” portalına istinadla xəbər verir ki, arxeoloqlar qayanın içində yonulmuş sərdabanı eramızın I əsrinə və ellinizm dövrünə aid edirlər. Sərdabanın cənub divarı yunan mifologiyasının məşhur simvolu – bolluq buynuzu ilə bəzədilib. Sərdabaya girişin sağ tərəfində daha bir dəfn yeri var. Alimlərin fikrincə, bu yer sərdabanın özündən təqribən yüz il sonra yaradılıb və əslində, onun ərazisini genişləndirib.

Arxeoloqlar sərdabada müxtəlif artefaktlar, o cümlədən qədim sikkələrdən ibarət bütöv bir kolleksiya, iki lampa, keramik qablar aşkar ediblər.

Asya Hacızadə


Şərh yaz




Enter Code*:

Son xəbərlər
AKP heyəti qəzaya düşüb
08:31 17.08/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6667 san