19:40 01 Fevral 2018
882 dəfə oxunub
Çap versiyası
...

Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan “Mədəniyyət” qəzetinin baş redaktoru vəzifəsinə yeni təyinat olub.

Nazirlikdən  verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 31 yanvar 2018-ci il tarixli əmri ilə Vüqar Mükafat oğlu Əliyev “Mədəniyyət” qəzetinin baş redaktoru təyin edilib.

Fevralın 1-də Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov və şöbənin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətovun iştirakı ilə yeni baş redaktor qəzetin kollektivinə təqdim edilib.

 

Vüqar Əliyev 1970-ci ildə anadan olub. 1992-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) fərqlənmə diplomu ilə bitirib.

1993-cü ildən mətbuat sahəsində fəaliyyət göstərir, müxtəlif qəzetlərdə müxbir, icmalçı, şöbə müdiri işləyib. 2010-cu ildən “Mədəniyyət” qəzetinin redaktoru vəzifəsində çalışıb. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası və digər qurumların keçirdiyi yazı müsabiqələrinin dəfələrlə qalibi və mükafatçısı olub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
“Dəlixanada qətl”
08:42 25.05/2018
 
Xəbər başlıqları
26-05-2018
25-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.5613 san