08:23 13 Fevral 2018
296 dəfə oxunub
Çap versiyası
...

Williams komandasının sürücüsü Sergey Sirotkinin sponsoru SMP Racing bildirib ki, komandaya verdikləri pul bolidin inkişafına xərclənəcək.

F-1.az xatırladır ki, rusiyalı sürücünün transferi Williams komandasına 20 milyon dollar vəsait gətirəcək. Amma SMP Racing-dən Dmitriy Samokurov bildirib ki, bu pul bolidin inkişafına xərclənəcək: “Müqavilənin kommersiya tərəfi çox gizlidir. Amma bu pul texnologiyanın inkişafı üçün istifadə olunacaq. Daha açıq desək, Williams-la müqaviləmiz bolidi gücləndirəcək”.

SMP Racing-dən Boris Rotenberg də eyni fikirdədir: “Pul avtoidmanda həmişə vacibdir. Bu, bahalı idman növüdür. Amma Sergey boliddə performansını göstərə bildi. Əbu Dabidə əlindən gələni edərək hamını təəccübləndirdi. Bəli, sərmayə qoyuruq, amma bunu texnologiyanın inkişafı üçün edirik”.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5438 san