09:19 13 Fevral 2018
778 dəfə oxunub
Çap versiyası
...

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin ətrafında torpaq qatında çatlar əmələ gəlib.

Sürüşmə sahəsindəki təhlükəli evlərin sayı 100-dən çoxdur. 

Yazdagül Hüseynova (sakin): Uşaqlarımı, nəvəmi çıxartmışdım bayıra. Oğlumun biri evin içində idi. Allah istəyib ki, oğlum evin altında qalmayıb.

Bayıl yamacında sürüşmə sahəsi təxmini olaraq 7 ha ərazini əhatə edir. 106 evdən 4-ü uçub. Sürüşmə ərazisi qumlu-gilli süxurlardan ibarət olduğu üçün yamacın 45 dərəcəyə qədər meyi
lliyi var. Uzunluğu 30 m, dərinliyi isə 12 m olan çatlar əmələ gəlib.

Sürüşmə ərazisində tətqiqatlar davam etdiyi üçün prosesin qarşısını almaq üçün konkret layihə hələ hazırlanmayıb. Mütəxəssislər prosesin gələn aylarda aktivləşməsini istisna etmir. Ərazidəki 90-a yaxın evin sakini köçürülüb.



Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-08-2018
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6618 san