10:46 13 Fevral 2018
516 dəfə oxunub
Çap versiyası
...

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Ümumdünya Radio Günü ilə əlaqədar müraciət yayıb.

Baş katib radionun dünyada ən geniş auditoriyaya malik olduğunu bildirir. O qeyd edir ki, kommunikasiya sahəsində sürətli inkişaf erasında radio hələ də əyləndirmək, maarifləndirmək, məlumatlandırmaq və həvəsləndirmək gücünü özündə saxlayır. Radio icmaları birləşdirə və gücləndirə bilər, çətin durumda olanlara isə eşidilmək imkanı verir.

“Bu il Qış Olimpiya Oyunlarının davam etdiyi bir vaxtda biz idman yarışları yayımının insanları bir yerdə həyəcanlandırmaq və nailiyyətlərə sevindirməklə bir araya gətirdiyinin bir çox nümunələrini görürük.

Gəlin Ümumdünya Radio Günündə insanlara potensiallarını tam göstərməyə kömək edən həm radio, həm də idmana layiq olduqları dəyəri verək”, - deyə Antonio Quterreş müraciətində qeyd edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
AKP heyəti qəzaya düşüb
08:31 17.08/2018
 
Xəbər başlıqları
18-08-2018
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8793 san