12:30 13 Fevral 2018
355 dəfə oxunub
Çap versiyası
...

Qanunsuz yolla əldə edilmiş meşə materialının daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan məlumat əsasında fevralın 12-də Cəlilabad və Masallı meşə mühafizəsi və bərpası müəssisələri, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə operativ reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, reyd zamanı Masallı və Cəlilabad rayonları ərazisində Lənkəran rayon Narbağı kənd sakini Rahim Həsənova məxsus “Shacman” markalı 99-JG-435 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində gizlətmək məqsədilə üzəri qumla örtülən, qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib. Saxlanılan yük maşını Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib. Meşə materialının Lerik rayonundan gətirilməsi ehtimal olunur və hazırda tədqiqat aparılır.

Nazirlikdə təəssüflə qeyd ediblər ki, mütəmadi olaraq aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq, gizli və oğurluq yollarla əldə edilmiş meşə materiallarının daşınması halları baş verir. Bu cür halların qarşısını almaq məqsədilə respublika ərazisində reydlər davam etdirilir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-05-2018
25-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7743 san