19:14 14 Fevral 2018
329 dəfə oxunub
Çap versiyası
...

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının altıncı günündə - fevralın 14-də 4 dəst medal sahibini tapıb. Almaniya millisi öz hesabına əlavə iki qızıl və bir bürünc medal yazdıraraq liderliyini davam etdirir.

Kişilər arasında snoubord yarışlarının haf-payp növündə qalib adına 97,75 xalla ABŞ təmsilçisi Şaun Vayt sahib olub. Yaponiyalı Ayumu Hirano gümüş, Avstraliya idmançısı Skoti Ceyms isə bürünc medal əldə ediblər.

Kirşəsürmə idman növü üzrə kişi cütlüklərin yarışında Almaniya təmsilçiləri Tobias Vendln və Tobias Arlt “Pxençan-2018”in qızıl medalını əldə ediblər. Peter Penz və Georg Fişlerdən ibarət Avstriya cütlüyü yarışı ikinci, digər almaniyalı idmançılar Tini Eggert və Saşa Benecken isə üçüncü pillədə başa vurublar.

Qadınların 1000 metr məsafəyə konkisürmə yarışlarında Niderland idmançısı Jorien Ter Mors 1 dəqiqə 13 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər iki pilədə isə Yaponiya atletləri Nao Kodairi və Miho Takaqi yer alıblar.

Kişilər arasında xizək ikinövçülüyü üzrə 10 kilometr məsafəyə yarışlarda qızıl medala Almaniya idmançısı sahib olub. Belə ki, marşrutu 24 dəqiqə 51 saniyəyə qət edən Erik Frenzel bütün rəqiblərindən üstün olub. Yaponiyalı Akito Vatabe ikinci, Avstriya təmsilçisi Lukas Klapfer isə üçüncü pillədə qərarlaşıblar.

Altıncı günün yekunlarına görə, Almaniya millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 7 qızıl, 2 gümüş və 3 bürünc medal var. Ümumilikdə 19 ölkədən idmançılar medalçılar arasında yer alıblar.

Niderland (5-4-2) ikinci, ABŞ (4-1-2) üçüncü, Norveç (3-5-3) dördüncü, Kanada (3-4-3) isə beşinci pillədə qərarlaşıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-08-2018
20-08-2018
19-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7135 san