14:33 12 Mart 2018
580 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilini qəbul edib.

Dövlətimizin başçısı qeyd edib: "Əminəm ki, sizin səfəriniz Azərbaycan-Gürcüstan dostluq, qardaşlıq münasibətlərinin inkişafında mühüm rol oynayacaq. Biz bir çox sahələrdə uğurlu əməkdaşlıq edirik. Şadam ki, ticarət dövriyyəsi artır. Şadam ki, Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələr arasında birinci yeri tutur. 2012-ci ildən biz bu birinciliyi saxlayırıq. Bu onu göstərir ki, ölkənizdə çox gözəl sərmayə iqlimi vardır. Eyni zamanda onu göstərir ki, bizim əlaqələrimiz çox yüksək səviyyədədir.

Əlbəttə, bizi birləşdirən bir çox önəmli qlobal layihələr var. Keçən ilin oktyabr ayında biz sizinlə bərabər həmin layihələrdən birinin – Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını qeyd etdik. Bu il Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsinin və TANAP layihəsinin istifadəyə verilməsi nəticəsində əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaqdır. Bizim əməkdaşlığımız hətta regional formatdan çıxaraq qlobal müstəviyə qalxır. Bütün bu uğurlu addımların təməlində bizim dostluğumuz, qardaşlığımız dayanır. Və əminəm ki, səmimi münasibətlər bundan sonra da xalqlarımızın maraqlarına xidmət edəcək".


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:25 20.05/2018
 
Xəbər başlıqları
20-05-2018
19-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0526 san