12:42 13 Mart 2018
752 dəfə oxunub
Çap versiyası
...

“Külək oyadan çərşənbə”, “Nəfəs çərşənbə”, “Badi çərşənbə”... Novruzun üçüncü, Yel çərşənbəsi el arasında müxtəlif cür adlansa da inanclar eynidir: bu çərşənbədə oyanan külək Yer üzünü gəzir, özü ilə bərabər suyu, odu gətirir. İsti-soyuq küləklərin əsməsi isə yazın gəlişindən xəbər verir.

Cəbhə bölgəsi olan Tovuzda da artıq yazın təravəti duyulur. Təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən biri olan Ağdam kəndində əsl bayram abu-havası hökm sürür. Bahar özü ilə bu torpaqlara bir istilik, şadyanalıq gətirir.

Pərvanə Əzizova – sakin: “Novruz bayramında bizim kəndin gözəl adətləri var. Xalalar, bibilər, nənələr ərişdə kəsir, yuxa bişirir, həyət-bacaları, evləri təmizləyirlər. Tonqallar yandırırıq. Baxmayaraq ki, ermənilər atəşkəs rejimini pozur, amma biz onlardan qorxmuruq. Öz işlərimizlə məşğul oluruq. Kəndimizin firavanlığını istəyirik”.

Yel çərşənbəsi ola, yelləncək asılmaya. Böyüklər yaşlı meyvə ağacından yellənçək asar, balacalar isə yellənmək üçün sırasını gözləyərlər. Hər çərşənbədə olduğu kimi yel çərşənbəsində də evdəkilər çöldən gələn səslərə diqqət kəsilirlər. Birdən qodu-qodu nəğməsi oxunar, uşaqlar papaq atar, amma onlar eşitməmiş olarlar. Elə ki, bayram tonqalı qalanır, kənddə böyükdən-kiçiyə hər kəs onun ətrafına yığışır. Əlbəttə, güclü Ordumuz bu gün cəbhə bölgəsində yaşayan hər bir azərbaycanlıya bu cür cəsarət, güvən verir, eyni zamanda torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, Novruz tonqallarının o torpaqlarda qalanacağına böyük inam yaradır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8626 san