10:14 14 Mart 2018
475 dəfə oxunub
Çap versiyası
...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Sabunçu rayonu, Maştağa qəsəbə sakini Telli Məlikova tərəfindən laminat sexindən gələn səs-küy ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Nazirlikdən verilən məlumata görə, ETSN-nin mütəxəssisləri tərəfindən Maştağa qəsəbəsi, Ramana gülçülük sovxozu ərazisində yerləşən sexdə aparılan ölçmə işləri nəticəsində sexdə işləyən iri həcmli köhnə ventilyatorların yaratdığı səs–küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.

Faktla bağlı sexin sahibi Elxan Feyzullayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Köhnə ventilyatorların sökülüb müasir ventilyatorlarla əvəz olunması üçün sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava yağmursuz olacaq
14:10 19.06/2018
Sabunçu rayonunda yanğın
13:54 19.06/2018
 
Xəbər başlıqları
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.3297 san