17:34 14 Mart 2018
679 dəfə oxunub
Çap versiyası
...

Almaniya Futbol İttifaqının (DFB) prezidenti Raynxard Qrindel Rusiyada keçiriləcək dünya çempionatının boykot edilməsinin əleyhinə olduğunu bildirib.

 Qrindelin sözlərinə görə, belə bir tədbirin mənası yoxdur və o, yalnız zərər verə bilər.

Qrindel deyib: - DFB boykota yox, dialoqa əsaslanır. Körpü yaratmaq lazımdır. Boykot xeyir verməyəcək. Koreyada keçirilən Olimpiada göstərdi ki, idman münasibətlərdə gərginliyin azaldılmasına və birləşməyə kömək edə bilər.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey vurğulayıb ki, onun ölkəsinin hökuməti Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripalın zəhərlənməsi ilə əlaqədar işdə Rusiyaya münasibətdə həyata keçiriləcək tədbirlərdən biri kimi, 2018-ci il dünya çempionatın boykot edilə bilməsi məsələsinin məmurlar və digər rəsmi nümayəndələrlə müzakirə edəcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
"Sportinq" - "Qarabağ"
08:15 21.09/2018
 
Xəbər başlıqları
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8162 san