22:00 19 Mart 2018
256 dəfə oxunub
Çap versiyası
...

Ucar rayonu, Gəraybəyli kəndində qanunsuz kəsilməsi ilə bağlı fakt araşdırılıb.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Gəraybəyli kənd sakini Surxay Rəhimov tərəfindən ona məxsus istirahət mərkəzinin həyətindəki ağacların icarəçi tərəfindən qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin əməkdaşları, şikayətçi “Göbələk” istirahət mərkəzinin sahibi və icarəçinin iştirakı ilə yerində araşdırılıb.

Sözügedən istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı yaşköküstə 5-40 sm diametrliyində 28 ədəd müxtəlif cinsli (şərq çinarı, qovaq, söyüd, sərv, qarağac, tut, armud, əncir, heyva, albalı) ağacların kəsildiyi məlum olub.

 

Araşdırma zamanı torpaq mülkiyyətçisi S.Rəhimov yazılı izahat verərək ağacların icarədar Ucar rayon sakini Ramil Abdullayev tərəfindən kəsildiyini bildirib. Faktla bağlı akt tərtib olunub və təbiətə 4810 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-04-2018
25.04.2018 Neft bahalaşıb
24-04-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4895 san