09:15 20 Mart 2018
Çap versiyası
...

Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-170, Kiçik Qafqazın çaylarında 140-260, Lənkəran-Astara çaylarında 10-60, Naxçıvan MR çaylarında isə 100 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, martın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 19 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 325 m3/s olmaqla ongünlük normanın 122 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 203 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 89 m3/s olmaqla, ongünlük normanın 95 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 66 m3/s təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, martın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6, Salyanda 16, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm artım qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 351 sm (2017-ci il martın 19-da 406 sm), Şirvanda 219 sm (2017-ci il martın 19-da 259 sm), Salyanda 183 sm (2017-ci il martın 19-da 178 sm), Bankədə 175 sm (2017-ci il martın 19-da 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 84 sm (2017-ci il martın 19-da 105 sm) təşkil edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.7799 san