10:40 21 Mart 2018
629 dəfə oxunub
Çap versiyası
...

İsmayıllı rayonuna kənd təsərrüfatı üçün Almaniyadan xüsusi texnika və aqreqatlar gətirilib. Bu texnikalar əkilən və əkilməyən sahələrdə rahat idarə oluna bilir. Texnika gübrə səpməkdən əlavə eyni vaxtda həm şumlama, həm də toxum səpmə funksiyasını da yerinə yetirir. Üstəlik 1 hektar əraziyə 2 litr yanacaq işlədir.

Azərbaycanda daha az xərcləyərək daha çox məhsul əldə etmək üçün tədbirlər görülür.

Bunun üçün İsmayıllıya Almaniyadan xüsusi aqreqatlar gətirilib. Bu il rayonda əkin vaxtı bu texnikalardan istifadə olunacaq. Yeni texnikanın iş sistemini Almaniyadan gəlmiş mütəxəssislər yerli fermerlərə əyani şəkildə göstərirlər.

Texnikaların üstün cəhəti ondan ibarətdir ki, əkilən və əkilməyən sahələrdə rahat idarə olunur, yanacaq sərfiyyatı baxımından yerli texnikalara nəzərən 2 dəfə az yanacaq işlədir, bir hektar sahənin işini 2 litr yanacaq ilə görmək mümkündür..

Texnikanın bir üstün cəhəti də ondan ibarətdir ki, çiləyici aqreqat 3,3 ton gübrə götürmə, eyni zamanda 18 metr enində açılan qolları vasitəsilə əkilən sahəyə gübrə səpmək gücünə malikdir. Toxumsəpən aqreqat isə eyni vaxtda həm şumlama, həm də toxum səpmə funksiyasını yerinə yetirir.

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
09:16 26.04/2018
Neft bahalaşıb
08:43 25.04/2018
 
Xəbər başlıqları
26-04-2018
26.04.2018 Neft bahalaşıb
25-04-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6933 san