10:35 15 Aprel 2018
Çap versiyası
...

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxan bir neçə yüz nəfər müxalif deputat Nikol Paşinyanla birlikdə ictimai radionun Yerevanın mərkəzində yerləşən binasına girib.

Strategiya.az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, binaya daxil olan deputat ona canlı efir verilməsini tələb edib. Polis bu hərəkətə görə etirazçıları məsuliyyətə cəlb olunacaqları ilə hədələsə də, onları dayandıra bilməyib. Paşinyan və tərəfdarları radionun binasında bir neçə dəqiqə qalıblar. Deputat studiyaların birində kamera qarşısına keçərək öz müraciətini oxuyub. O, dövlət KİV-lərini informasiya blokadasında ittiham edib və tərəfdarlarını mitinqlərə səsləyib.

Bir qədər əvvəl Ermənistanın hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan baş nazir vəzifəsinə Serj Sarkisyanın rəsmən namizəd irəli sürüldüyünü bildirib. Baş nazir seçkilərinin aprelin 17-də keçiriləcəyi gözlənilir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
İranda matəm elan edilib
08:25 24.09/2018
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.3884 san