08:34 16 Aprel 2018
667 dəfə oxunub
Çap versiyası
...

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa kuboku yarışının ilk günündə gənc cüdoçularımız 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. 

5 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək çempion olub. Balabəy Ağayev (55 kq), Ramilə Əliyeva (48 kq), Yaşar Nəcəfov (60 kq) gümüş medal əldə edib. Əhməd Yusifov (60 kq) və Gültac Məmmədəliyeva Sankt-Peterburqda bürünc medala layiq görülüb. Qeyd edək ki, Avropa kuboku yarışında qitənin 17 ölkəsindən 259 cüdoçu mübarizə aparır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-07-2018
22-07-2018
21-07-2018
21.07.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6414 san