14:26 16 Aprel 2018
610 dəfə oxunub
Çap versiyası
...

İlkin məlumata əsasən, Monteneqronun hakim Sosialistlərin Demokratik Partiyasının lideri Milo Cukanoviç prezident seçkilərinin ilk turunda qalib gəlir.

Strategiya.az xarici KİV-lərə istinadla xəbər verir ki, Dövlət Seçki Komissiyasının məlumatına əsasən, bülletenlərin 98,04 faizinin hesablanmasından sonra Milo Cukanoviç seçicilərin 54,04 faizinin dəstəyini qazanıb. O, artıq aprelin 16-na keçən gecə öz qələbəsini elan edib.

Cukanoviçin əsas rəqibi müxalif Demokratik Cəbhə partiyası, Demokratlar partiyası, Sosialist Xalq partiyası və “URA” partiyasının namizədi Mladen Boyaniç 33,32 faiz səs toplayıb.

Seçki Komissiyasının məlumatına əsasən, bazar günü keçirilən prezident seçkilərində seçicilərin 63,96 faizi səsvermədə iştirak edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-07-2018
16-07-2018
16.07.2018 Alın yazım - 2
16.07.2018 Neft ucuzlaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7167 san