09:31 20 Aprel 2018
908 dəfə oxunub
Çap versiyası
...

Ermənistan prezidenti Armen Sarkisyan Yerevandakı etiraz aksiyalarını şərh edərkən tərəfləri dialoqa çağırıb.
 
 Strategiya.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Armen Sarkisyan ölkədə təcili həllini tələb edən xeyli sosial-iqtisadi problemlərin olduğunu bildirib: "Dialoq, dözümlülük və biri-birini dinləmək bacarığı yaranmış vəziyyətdən yeganə çıxış yoludur”.
 
A.Sarkisyan qeyd edib ki, əksəriyyətinin gənclər təşkil etdiyi minlərlə etirazçı son günlər mitinq və aksiya keçirməklə hakimiyyətə tələblər irəli sürürlər: "Gənclər bizim sabahımızdır, gələcəyin hərbçisi, alimi və mühəndisi, siyasi xadimi və məmurlarıdır. Onların fikrinə hörmətlə yanaşmaq gərəkdir”.
 
Qeyd edək ki, sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edən Ermənistan müxalifəti aprelin 13-dən aksiyalar keçirir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
28-05-2018
27-05-2018
26-05-2018
26.05.2018 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9416 san