21:49 20 Aprel 2018
1154 dəfə oxunub
Çap versiyası
...

Sumqayıtda 9-cu sinif şagirdi dostu ilə birgə itkin düşüb. Ailəsi Adil Cəbiyevdən iki gündür xəbər ala bilmir. Onun axırıncı dəfə qonşu oğlanla dəniz tərəfə getdiyi bildirilir. Hadisə ilə bağlı polisə də məlumat verilib.

15 yaşlı oğlan itkin düşüb. 9 sinif şagirdi olan Adil Cəbiyevdən iki gündür xəbər yoxdur.

Sumqayıt şəhər 2-ci mikrorayonda yaşayan gənc 2 gün bundan öncə yaşadığı evdən çıxaraq,bir daha geri qayıtmayıb.

Onun yaxınlıqda yaşayan Nüsrət Nəzərov adlı gənclə dənizə getdiyi ehtimal edən ailə, dərhal hüquq mühafisə orqanlarına məlumat verib.

Yoxa çıxan Adil Cəbiyevin əmisi deyir ki, axırıncı dəfə onu digər gənclə görüblər. Üstündə telefon olmadığından onunla əlaqə saxlamaq mümkün olmayıb.

Elə 18 yaşlı Nüsrət Nəzərovun anası Nazilə Məmmədova da 2 gündür oğlundan xəbər ala bilmir. Gənclər dənizə getməyi əvvəlcədən planlaşdırıblar. Bütün bunlar Adillə Nüstrətin Feysbukdakı yazışmalarından da aydın görsənir.

Sumqayıt şəhər Polis idarəsində araşdırmalar davam etdirilir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7912 san