08:55 26 Aprel 2018
844 dəfə oxunub
Çap versiyası
...

Azərbaycanda ilk dəfə olaraq ötən il ali və orta ixtisas təhsil müəssələrinə qəbulun iki mərhələdə həyata keçirilməsi abituriyentlərin nəticələrinə müsbət təsir göstərib.

 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ötən il birinci qəbul imthanında 64 mindən çox, 2 -ci imtahanda isə 59 mindən çox abituriyent iştirak edib. Hər iki imtahanda iştirak edən abituryentlərin əksəriyyəti nəticələrini yüksəldə bilib.

 Dövlət İmtahan Mərkəzinin sözçüsü Xanlar Xanlarzadə bildirib ki, abituriyentlərin əksər hissəsinin hər iki imtahan arasındakı fərqi 100 bala qədər olub. 8 % abituriyentin imthanalar arasındakı fərqi isə 100 baldan da çox olub.

 

Qeyd edək ki, pullu və pulsuz qəbul imtahanlarının keçirilməsi bu il artıq ikinci dəfə tətbiq ediləcək. Yəni ilk dəfə qəbul imtahanında iştirak etmək istəyən abituriyentlər heç bir əlavə ödəniş etmir. Elə eyni il ərzində bir neçə ay fərq ilə ikinci qəbul imtahanında iştirak etmək istəyən abituriyentlər isə 40 manat ödəniş etməli olurlar. Abituriyent istədiyi imtahanın nəticəsinə əsasən təhsil müəssələrinə sənəd verə bilir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Həcc ziyarəti başlandı
10:23 17.08/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5556 san