18:24 07 May 2018
Çap versiyası
...

 

Bu yaxınlarda Avropa Budo Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə Moldovanın paytaxtı Kişinyov şəhərində Budo üzrə Avropa çempionatı keçirilib. Çempionatda ölkəmizin yığma komandası da iştirak edib.

Millimizin heyətində Daxili İşlər Nazirliyinin üç əməkdaşı bu yarışa qatılıb. Onların arasında DİN Polis Akademiyasının Fiziki hazırlıq kafedrasının rəisi, polis mayoru, dəfələrlə dünya və Avropa çempionu Həsən Əliyev ən ağır çəkidə keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq növbəti dəfə qitə çempionu olub.

DİN Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı İbrahim Məmmədov çəkisi 66 kiloqramadək olan idmançılar arasında baş mükafata layiq görülüb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı polis serjantı Xəyal Cəmilbəyli çəkisi 85 kiloqramadək olan budoçuların arasında qızıl medala sahib olub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.6081 san