20:36 15 May 2018
Çap versiyası
...

Amerika səfirliyinin Qüdsə köçürülməsi regionda vəziyyətin gərginləşməsinə səbəb olan faktorlardan biridir və fələstinlilərlə İsrail arasında mayın 14-də baş verən zorakılığa görə ABŞ məsuliyyət daşıyır.

Strategiya.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Marqot Vallström TT informasiya agentliyinə müsahibəsində bildirib. “Hamı bu barədə xəbərdarlıq etmişdi, lakin buna baxmayaraq Amerika tərəfi bu addımı atdı. Buna görə də hesab edirəm ki, ABŞ bu məsələdə böyük məsuliyyət daşıyır. Mənim fikrimcə, çox sayda ölən və yaralananı gördükdə bayram etməyə səbəb yoxdur”, - deyə Vallström baş verən zorakılığın məsuliyyətinin İsrailin üzərinə düşməsi ilə bağlı jurnalistin sualını cavablandırarkən bildirib.

O, həmçinin İsveçin səfirini geri çağıracağı və ya İsrail səfirinin Xarici İşlər Nazirliyinə dəvət olunması ilə bağlı suala münasibət bildirərkən ümumi mövqe hazırlamaq üçün vəziyyəti ilk növbədə Avropa İttifaqında müzakirə etmək istədiyini deyib.

Xatırladaq ki, fələstinlilər Qüds şəhərində ABŞ səfirliyinin açıldığı gün mayın 14-də və milli faciə, işğalın başladığı Nakba günün ildönümünün keçirildiyi gün mayın 15-də “Böyük qayıdış marşı” çərçivəsində etiraz aksiyası keçirib. Qəzza sektorunda İsrail ordusu ilə toqquşmalarda həlak olan fələstinlilərin sayı 61 nəfərə çatıb. Fələstin lideri Mahmud Abbas hadisə ilə əlaqədar üç günlük matəm elan edib. Qəzza sektorunda yaranmış vəziyyət mayın 15-də BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.691 san