09:19 16 May 2018
876 dəfə oxunub
Çap versiyası
...

Makedoniyanın Skopjeşəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ikinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışır. Bu çəkilərdə qızıl medal qazanacaq idmançılar Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin etmiş olacaq.

Güləşçilərimizdən dördü yarımfinalda mübarizə aparacaq. Əlihəsən Əmirli (48 kq) qarşılaşdığı Moldova və Ermənistan, Turan Bayramov (65 kq) Ukrayna və Ermənistan, Fuad Mayılov (80 kq) Macarıstan və Gürcüstan, İslam Abuyev (110 kq) isə Yunanıstan və Belarus idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Yarımfinal görüşlərini qələbə ilə başa vuran Turan Bayramov, Fuad Mayılov və İslam Abuyev finala yüksəlib.

Əlihəsən Əmirli bürünc medal görüşünə çıxacaq, Əbülfəz Nəsirov isə təsəlliverici görüşə qatılacaq.

Final görüşləri Bakı vaxtı ilə 16 may saat 20:00-da başlayacaq.

 

Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kq çəkidə çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
“Arsenal” cərimələndi
11:55 23.05/2018
La Liqada yeni klub
16:45 22.05/2018
 
Xəbər başlıqları
23-05-2018
23.05.2018 Neftin qiyməti
22-05-2018
22.05.2018 La Liqada yeni klub

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.6331 san