08:26 17 May 2018
4919 dəfə oxunub
Çap versiyası
...

Şamaxı rayonunun Çölbağırlı kəndində keçirilən toy mərasimində qonaqlar arasında dava düşüb.

Kənd sakini İntiqam Azayev həmyerlisi Müşfiq Mirzəyevi yıxaraq ona müxtəlif bədən xəsarətləri yetirib. Alın, sinə və kürək nahiyyəsindən xəsarətlər alan Müşfiq Mirzəyev Şamaxı rayon mərkəzi xəstəxanasına müraciət edib.

Ağsu rayonu Ləngəbiz kənd orta məktəbinin direktoru olan Müşfiq Mirzəyev bildirib ki, onun haqqında yalan məlumat yayılıb. Hadisə Ağsuda işlədiyiməktəbdə baş verməyib.

O, ötən gecə kənddəki toy mərasimində İntiqam Azayevin qəflətən hücumuna məruz qalıb.

Faktla bağlı Şamaxı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5803 san