09:30 21 May 2018
Çap versiyası
...

Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 212 cinayət faktı qeydə alınıb, onların da 47-i “isti izlər”lə açılıb.

Strategiya.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava necə olacaq?
14:06 15.10/2018
 
Xəbər başlıqları
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.3281 san