08:30 25 May 2018
Çap versiyası
...

Azərbaycan iqtisadi, sosial, elmi-texniki, humanitar və digər sahələrdə sanballı uğurlar qazanıb. Azərbaycan Respublikasının beynəlxalq aləmdə çox böyük nüfuzu var.

Strategiya.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazıb.

Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu bildirən Vladimir Putin qeyd edib ki, dövlətlərimiz müxtəlif istiqamətlərdə səmərəli əməkdaşlıq edir, regional və qlobal gündəliyə aid mühüm məsələlərin həllində fəal qarşılıqlı əlaqə saxlayırlar.

Rusiya Prezidenti məktubunda yazır: “Əminəm ki, ölkələrimizin dost xalqlarının rifahı, beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı bundan sonra da hərtərəfli möhkəmləndirəcəyik”.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən son xəbər
09:08 15.10/2018
Cəbhədən SON XƏBƏR
11:40 14.10/2018
 
Xəbər başlıqları
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.8745 san