14:47 25 May 2018
1272 dəfə oxunub
Çap versiyası
...

Kürdəmirdə qadın piyadanı vurub öldürən əcnəbi sürücü tutulub.

DİN-dən verilən məlumata görə, martın 25-də saat 21 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Kürdəmir rayonu ərazisindəki stasionar postundan Rayon Polis Şöbəsinə Stansiya Karrar kəndi ərazisində bir nəfərin avtomobillə vurulması barədə məlumat daxil olub.

Yol polisi əməkdaşları dərhal yaralını xəstəxanaya çatdırıblar.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin əcnəbi vətəndaş İnayatxon Nauruzova olduğu və yolu keçərkən avtomobillə vurulduğu müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Həkimlərin səyinə baxmayaraq ağır bədən xəsarətləri almış qadının həyatını xilas etmək mümkün olmayıb və o, martın 30-da xəstəxanada vəfat edib.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Kürdəmir RPŞ və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobili idarə edən Qazax rayon sakini Rauf Musayev saxlanılaraq istintaqa təhvil verilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-06-2018
22-06-2018
22.06.2018 Neft bahalaşıb
21-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.4033 san