11:10 27 May 2018
7072 dəfə oxunub
Çap versiyası
...

Tovuzda polis əməkdaşlarının növbəti reydi qalmaqalsız ötüşmədi.

Hər gün avtomobil qəzasıyla bağlı xəbərlər eşidirik. Hadisələrin böyük əksəriyyəti demək olar ki, sürücülərin diqqətsizliyi ucbatından baş verir. Kimisi sürət həddini aşır, kimisi işıqforun tələbini pozur, kimisi də gecə saatlarında nəqliyyat vasitəsini işıq cihazı nasaz halda idarə edir. Bütün bunların qarşısını almaq üçün reydlər, maarifləndirici tədbirlər təşkil edilir. Bu dəfə yol polisləri Tovuz rayonunda yük avtomobillərinin təhlükəsiz hərəkətini təmin etmək üçün səfərbər olub. Onlar yük avtomobillərinin arxasına işıq əksetdiricilər yapışdırıb.

Lentlərin üzərinə 50 metr məsafədə işıq düşdükdə artıq arxadan gələn nəqliyyat vasitəsi xəbərdar olur. Bu da sürücünün tam olaraq təhlükəsiz şəkildə hərəkətini təmin edir. Görülən qabaqlayıcı tədbirlər sürücülərin də ürəyincədir.

Sürücü: “Gecələr faydalıdır. Yolun qırağında saxlayanda gələn görür”. 

Bu sürücüdən fərqli olaraq kameranın obyektivinə qaydaları kobud şəkildə pozan sükan sahibləri də tuş gəldi. Onlar necə gəldi avtomobil idarə etdikləri üçün cərimələndilər. Təbii ki, bu kimi hallar bir çoxlarının heç də ürəyincə olmadı. Məsələn, bir sürücü avtomobili heç bir hüququ olmadan idarə etdiyi azmış kimi, hələ çəkiliş qrupuna hədə-qorxu da gəldi.

Qaydanı pozan sürücü: “Yeri get işinlə məşğul ol. Sənə kim ixtiyar verib ki, məni çəkəsən? Qayda pozmamışam. Səni tapacam mən! Səninlə söhbət edəcəm! Baxarsan”.

Daha bir sürücü isə qayda pozaraq ərazidən uzaqlaşmağa cəhd göstərdi. O, polisin saxla əmrinə tabe olmadı. Uzun sürən qaçdı-qovdudan sonra avtomobil sahibi saxlanılaraq cərimə edildi. Etdiyi hərəkətin səbəbini soruşanda isə bir kəlmə ilə özünə haqq qazandırmağa çalışdı. 

Polisdən qaçan sürücü: “Yazıb göndərmək olur da ünvana”.

Əgər hər hansısa sürücü məsuliyyətə cəlb edilirsə, deməli o, qayda pozaraq qəza şəraiti yaradıb. Bu isə heçdə xoş hal deyil. Hər bir sükan sahibi insan həyatını düşünərək mühərriki işə salmalıdır.



Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-06-2018
22-06-2018
22.06.2018 Neft bahalaşıb
21-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8049 san