09:01 08 İyun 2018
2011 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Azerbaijan Golden Kids Awards-2018” layihəsinin qalibləri sırasında Musiqili Teatrın 13 yaşlı aktyoru Rahib Məmmədzadə də var.

Teatrın mətbuat xidmətindən  bildirilib ki, azyaşlı aktyor teatr və kino sahəsində indiyə qədər qazandığı uğurlarına görə bu layihədə “Ən yaxşı teatr və kino aktyoru” nominasiyasının qalibi olub.

R.Məmmədzadə Musiqili Teatrın səhnəsində Üzeyir Hacibəylinin “O olmasın, bu olsun” tamaşasında kütləvi səhnələrdə iştirak edib. Sonra o, “Yatmış gözəl və cırtdanlar” tamaşasında Şahzadə Villi obrazında səhnəyə çıxıb. Bundan başqa, “Baladadaşın toy hamamı” tamaşasında Baladadaşın balaca dostu Ağanəcəf rolunu ifa edib. Bu roluna görə R.Məmmədzadə teatr rəhbərliyinin hər mövsümün sonunda təşkil etdiyi mükafatlandırma mərasimində “Mövsümün ən yaxşı uşaq rolunun ifaçısı” diplomu ilə təltif olunub.

Bir çox beynəlxalq tədbirlərdə iştirak edən Rahib Türkiyədə keçirilən 23 aprel – Uşaq Festivalında iştirak edib. O, hazırda Antuan de Sent-Ekzüperinin məşhur əsəri əsasında teatrda hazırlanan “Balaca şahzadə” tamaşasında Balaca Şahzadə obrazı üzərində çalışır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5884 san