08:36 11 İyun 2018
2570 dəfə oxunub
Çap versiyası
...

Səhər saatlarında Tovuz rayonuna yağan leysan yağışları fəsadlar törədib. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobilkeçiddə qalıb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, fəsadlar aradan qaldırılıb.

Güclü yağış fəsadlar törədib. Evlərə su dolub, taxıl sahələri ziyan görüb.

Bu gün səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb. Nəticədə kənd təsərrüfatına, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib.

Rayon mərkəzinə elektrik enerjisi verilişi dayanıb. Güclü leysan yağışları nəticəsində Mirzə Ələkbər Sabir və Həzi Aslanov küçələrində yerləşən 6 evin həyətinə və zirzəmisinə yağış suları dolub.

Leysan yağışından sonra həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobilkeçiddə qalıb.

Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür. Rayon icra hakimiyyətindən verilən məlumata görə evlərdən sular nasoslar vasitəsi ilə çəkilib. Yeraltı yol ötürücüsündə qalan vətəndaşa məxsus avtomobil isəoradan çıxarılıb. Avtomobillər alternativ yollardan istifadə edir. Fasilə yaranan elektrik verilişi bərpa edilib.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.5501 san