08:38 11 İyun 2018
1901 dəfə oxunub
Çap versiyası
...

Bakıda oktyabrın 19-dan 21-dək Animafilm I Beynəlxalq animasiya festivalı keçiriləcək.

İlk mövzusu “Azərbaycan animasiyası” olan festivala “Ən yaxşı qısametrajlı animasiya filmi”, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi”, “Ən yaxşı animasiyalı sosial çarx”, “Ən yaxşı animasiyalı reklam”, “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” kateqoriyaları üzrə müsabiqəyə başlanılıb.

Festivalda iştirak etmək üçün 22 ölkədən 84 müraciət daxil olub. Nominasiyaları dəyərləndirmək üçün tanınmış animasiya rejissorlarından, sənətşünaslardan ibarət iki beynəlxalq münsiflər heyəti yaradılıb, eyni zamanda “Tamaşaçı rəğbəti” mükafatı da təsis edilib.

Festival iştirakçıları müsabiqədənkənar proqramda Azərbaycan animasiyası tarixindən bəhs edən “Azərbaycan animasiyası” kitabının təqdimatında, tematik nümayişlərdə iştirak edə, retrospektivlərdə ən gözəl sənət nümunələri ilə tanış ola biləcəklər.

Festivalın proqramına sərgilər, konsertlər, yaradıcılıq gecələri və animasiya kinosu ilə bağlı digər tədbirlər daxil ediləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-06-2018
20-06-2018
20.06.2018 Yay gəlir...
20.06.2018 Neft bahalaşıb
20.06.2018 Həbs edildi
19-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.092 san