08:05 12 İyun 2018
1693 dəfə oxunub
Çap versiyası
...

Sinqapurda ABŞ Prezidenti Donald Tramp ilə KXDR lideri Kim Çen In arasında görüş başa çatıb.

Strategiya.az Anadolu agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 5:00) Sinqapurun Sentosa adasındakı “Kapella” mehmanxanasında başlayan görüşdən əvvəl hər iki lider ABŞ və Şimali Koreya bayraqlarının qarşısında bir-birlərinin əlini sıxdıqdan sonra bərabər olaraq təkbətək görüşün keçiriləcəyi otağa keçiblər.

Görüşdən sonra hər iki lider mətbuat nümayəndələrinə qısa açıqlamalar verib.

Donald Tramp çox əhəmiyyətli bir görüş keçirdiklərini söyləyib. Kim Çen In isə “Buraya gəlmək asan olmadı. Maneələr vardı ancaq bunları aşaraq buraya gəlmişik”,- deyə bildirib.

Təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-09-2018
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6731 san