10:20 13 İyun 2018
1016 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası iyunun 11-dən etibarən Goranboy rayonunun Qaradağlı kəndi ərazisində elmi tədqiqatlara başlayıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan  verilən məlumata görə, ekspedisiyanın həmrəhbərləri institutun sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və Florensiyadakı (İtaliya) Lorenzo de` Medici Beynəlxalq İtaliya İnstitutunun Dini tədqiqatlar departamentinin (SoRS/School of Religious Studies) rəhbəri, professor Nikola Laneridir.

Tədqiqatın əsas obyekti ilk tunc dövrünə aid kurqan tipli qəbir abidələridir. Bununla yanaşı, mütəxəssislər tərəfindən ərazidə yerüstü araşdırmalar, arxeoloji abidələrin topoqrafik planları və elektron qeydiyyatları aparılacaq.

 

Arxeoloji ekspedisiyanın tərkibində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə yanaşı, İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES), müxtəlif arxeometrik sahələr üzrə tədqiqatlar aparacaq Almaniya və Fransadan mütəxəssislər də iştirak edir.

Qeyd edək ki, ötən il AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə CAMNES arasında, Azərbaycanın bir sıra qərb rayonlarında tunc dövrü kurqan tipli dəfn abidələrinin birgə arxeoloji tədqiqi barədə razılığa gəlinmişdi.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Yay gəlir...
15:22 20.06/2018
 
Xəbər başlıqları
21-06-2018
20-06-2018
20.06.2018 Yay gəlir...
20.06.2018 Neft bahalaşıb
20.06.2018 Həbs edildi
19-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.937 san