14:37 13 İyun 2018
942 dəfə oxunub
Çap versiyası
...

AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanası Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun və Rusiya Fundamental Tədqiqatlar Fondunun birlikdə keçirdiyi beynəlxalq qrant müsabiqəsinin qalibi olub.

“Gunəş və heliogeofiziki aktivliyin variasiyalarının fizikası, uzunmüddətli proqnozlaşdırılması və biosistemlərə təsiri” adlı qrant layihəsinin yerinə yetirilməsində Batabat Astrofizika Rəsədxanasının əməkdaşları ilə birlikdə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Rusiya Elmlər Akademiyasının N. Puşkov adına Yer maqnetizmi, İonosfera və Radiodalğaların yayılması İnstitutunun alimləri də iştirak edəcək.

Qeyd edək ki, Batabat Astrofizika Rəsədxanasının rəhbərlik edəcəyi qrant layihəsi 2 il müddətində yerinə yetiriləcək. Layihə çərçivəsində aparılacaq elmi-tədqiqat işlərinin əsas istiqamətləri Günəş-Yer əlaqələrinin fizikası həm Günəşdə, həm də yerətrafı fəzada baş verən bəzi fəal hadisələrin biosistemlərə təsiri sahəsində olacaq. Layihədə Günəş və qeofiziki fəallığın biosistemlərə ümumi təsirinin nəzəri əsaslarının işlənib hazırlanması ilə yanaşı, bu amillərin bilavasitə Qafqaz regionuna xüsusi təsiri də tədqiq ediləcək. Nəzərdə tutulan işlərin yerinə yetirilməsi ilə alınacaq elmi nəticələr bioloji və ekoloji sistemlərlə bağlı bəzi proseslərin uzunmüddətli proqnozlaşdırılması məsələlərinin həllinə köməklik göstərəcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Yay gəlir...
15:22 20.06/2018
 
Xəbər başlıqları
21-06-2018
20-06-2018
20.06.2018 Yay gəlir...
20.06.2018 Neft bahalaşıb
20.06.2018 Həbs edildi
19-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1784 san