22:15 19 İyun 2018
Çap versiyası
...

Əlcəzair nümayəndə heyətinin Azərbaycana ilk səfəri əlamətdar tarixi hadisələrlə üst-üstə düşür.

Mədəniyyət Nazirliyindən bildiriblər ki, bu sözlər nazir Əbülfəs Qarayevin ölkəmizdə səfərdə olan əlcəzairli həmkarı Azzedine Mihoubi ilə görüşdə səsləndirilib.

Əbülfəs Qarayev Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan əlcəzairli həmkarına dəvətini qəbul etdiyi üçün təşəkkürünü bildirib.

Azzedine Mihoubi deyib ki, əlcəzairlilər Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumatlı olsalar da, ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər barədə daha çox bilgilərə malikdirlər. “Azərbaycan hökumətinin Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar keçiriləcək tədbirə dəvətini məmnunluqla qəbul etdik. Çünki bu səfər qarşılıqlı əlaqələrin qurulması üçün olduqca vacibdir”, - deyə o bildirib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan tərəfini təbrik edən Azzedine Mihoubi ölkəmizə gəlişinin digər səbəbinin də bu mötəbər tarixi hadisə olduğunu vurğulayıb. O, səfərinin məhsuldar olacağına ümidvar olduğunu qeyd edib, münasibətlərin mədəniyyət sahəsi ilə yanaşı, iqtisadi-siyasi sahələrə də sirayət edəcəyini diqqətə çatdırıb.

Azərbaycanın mədəniyyət sahəsindəki uğurları, beynəlxalq qurumlarla əlaqələri haqqında qonağı məlumatlandıran Əbülfəs Qarayev Əlcəzair nümayəndə heyətinin ölkəmizə ilk səfərinin əlamətdar tarixi hadisələrlə üst-üstə düşməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, səfər əlaqələrin bundan sonrakı inkişafına müsbət təsir göstərək. Azərbaycan ilə Əlcəzair arasında mədəni əlaqələrlə bağlı sazişin imzalanması üçün müvafiq işlərin aparılacağını diqqətə çatdıran Əbülfəs Qarayev bu razılaşmanın əlaqələrin daha dinamik inkişafına yol açacağına ümid bəslədiyini deyib.

Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.4793 san