07:50 20 İyun 2018
Çap versiyası
...

İyunun 19-da Rusiya-Misir qarşılaşması ilə futbol üzrə XXI dünya çempionatının qrup mərhələsinin ikinci turuna start verilib.

 “A” qrupunda yer alan bu komandaların görüşü Sankt-Peterburq şəhər stadionunda oynanılıb.

Paraqvaylı referi Enrike Kaseresin idarə etdiyi oyun ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Rusiya millisinin baş məşqçisi Stanistlav Çerçesov start heyətdə İqor Akinfeev, Mario Fernandes, İlya Kutepov, Sergey İqnaşeviç, Yuri Jivkov, Aleksandr Samedov, Roman Zobnin, Aleksandr Qolovin, Yuri Qazinski, Denis Çerişev, Artyom Dzyubaya şans verib.

Misir yığmasının argentinalı çalışdırıcısı Hektor Kuper isə ilk onbirliyə Məhəmməd Elşenavi, Ahmet Fathi (k), Ali Qabr, Ahmed Heqazi, Məhəmməd Abdelşafi, Məhəmməd Salah, Tarek Hamed, Abdalla Said, Məhəmməd Elneni, Trezege və Mərvan Mohseni daxil edib.

Oyunun sürətli qarşılıqlı hücumlar şəraitində keçən ilk hissəsində komandaların qarşılıqlı cəhdlərinə baxmayaraq, hesab açılmayıb. İlk hissə qolsuz heç-heçə ilə başa çatıb.

Fasilədən dərhal sonra – matçın 47-ci dəqiqəsində hesab açılıb. Rusiya yığmasının başlatdığı hücumda misirli müdafiəçi Ahmed Fathi topu uzaqlaşdırmağa çalışarkən avtoqola imza atıb və ev sahiblərini hesabda irəli çıxarıb. Qoldan sonra təşəbbüsə yiyələnən Rusiya millisi görüşün 59-cu dəqiqəsində hesab arasındakı fərqi artırıb. Mario Fernandesin sağ cinahdan ötürməsindən sonra topu yaxın məsafədən saxlamadan qapıya göndərən Denis Çerişev mundialda üçüncü dəfə fərqlənib – 2:0.

Bu qoldan üç dəqiqə sonra rusiyalılar rəqibi üçüncü dəfə oyuna mərkəzdən başlamağa məcbur ediblər. İlya Kutepovun uzaq məsafədən birbaşa rəqibin cərimə meydançasına ötürdüyü topu sinəsi ilə ram edən Artyom Dzyuba müdafiəçini keçərək qapıya dəqiq zərbə endirib – 3:0. Bu A.Dzyubanın mundialda ikinci qolu olub.

Misir yığması görüşün 73-cü dəqiqəsində bu qollardan birinin əvəzini çıxıb. Referi Məhəmməd Salaha qarşı cərimə meydançası daxilində edilən kobudluğu VAR sistemi sayəsində 11 metrlik cərimə zərbəsi kimi dəyərləndirib. Zərbəni dəqiq yerinə yetirən Məhəmməd Salah dünya çempionatının final mərhələsindəki ilk oyununda adını tabloya yazdıra bilib – 1:3.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018
24.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.9452 san