11:24 22 İyun 2018
Çap versiyası
...

Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq Mühəndis-İstehkam Qoşunlarının hissə və bölmələri taktiki-xüsusi təlim keçirib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi üzrə komandirlərin bölmələri idarəetmə bacarığını praktiki fəaliyyətdə yoxlamaq, qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun qərar qəbul etmək və vəziyyəti qiymətləndirməkdən ibarətdir.

Təlim zamanı əsas diqqət şəxsi heyətin bölmələr tərkibində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi və onların mənəvi-psixoloji dözümlülüyünün artırılmasına yönəldilib.

Plana əsasən, əvvəlcə hərbi hissə döyüşə hazır vəziyyətə gətirilib və əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi üzrə tapşırıqlar məşq edilib.

Sonra 3 təlim nöqtəsində müxtəlif tapşırıqlar icra edilib:

- 1 nömrəli təlim nöqtəsində bölmələrin cəmləşmə rayonunun elementlərinin mühəndis cəhətdən hazırlanmasının və məşğələlərin keçirilməsinin nümayişi;

 

- 2 nömrəli təlim nöqtəsində mühəndis-istehkam, maneələğvetmə və mühəndis-yol bölmələri tərəfindən mühəndis təminatı tapşırıqlarının praktiki yerinə yetirilməsi;

- 3 nömrəli təlim nöqtəsində isə ponton-körpü bölüyünün su maneələri üzərindən bölmələrin keçirilməsi.

Bölmələr birbaşa təyinatları üzrə praktik məşğələdə bölmələrin cəmləşmə rayonunun elementlərinin mühəndis cəhətdən hazırlanması, ponton-körpü salmaqla su maneələrinin keçilməsi, maneələğvetmə və mühəndis yol bölmələri tərəfindən mina sahələrində əl və partlayış üsulu ilə keçidlərin açılması, məftil maneələrin dəf edilməsi, maneələğvetmə qruplarının hərəkəti və tank əleyhinə xəndəklərdən keçilməsi və s. tapşırıqları praktiki olaraq yerinə yetiriblər.

Tapşırıqların icrası zamanı bölmələr yüksək peşəkarlıq nümayiş etdirib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Nazir müavini təyin edildi
19:28 24.09/2018
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018
24.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.606 san