08:35 23 İyun 2018
955 dəfə oxunub
Çap versiyası
...

Mütəxəssislər sürücülərə və bura gələn qonaqlara son dərəcə ehtiyyatlı olmağı tövsiyyə edir. 

Turistlərin daha çox istifadə etdiyi və Qubanın əsas turizm marşurutlarından biri olan Xınalıq yolunda sürüşmə prosesi aktivləşib.

Quba Xınalıq yolunun 50-ci km-də sürüşmə nəticəsində yola düşən daş və torpaq təmizlənib. 
Əraziyə aidiyyatı qurumların əməkdaşları tərəfindən  nəzarət gücləndirib.  Hazırda da sürüşmə prosesi aktiv fazadadır. 

Yay mövsümündə Qubaya xüsusilə Xınalığa xeyli sayda turist gəlir. Lakin mütəxəssislər bu yoldan istifadə edərkən daha diqqətli olmağı tövsiyyə edir. Çünki yolda hər an sürüşmə prosesi qeydə alına bilər. Xüsusilə yağışlı hava şəraitində daha diqqətli olmaq lazımdır. 

Ceyhun Fərzəliyev – Turist: “Mən Xınalıq istiqamətindən gəlirəm. 
Yollar əlbətdə çox təhlükəlidir. Və hava şəraitini nəzərə alıb yola çıxsalar yaxşı olar. Yollarda böyük təhlükələr var. Hətta sel axınları olub. Tövsiyyə edirik ki, bir neçə gün istifadə olunmasın. Hava tez-tez dəyişir.

İsmayıl Şıxaliyev – Turist: “Üzü yuxarı qalxanda siqnaldan istifadə etmək lazımdır. 
Çünki yuxardan düşən aşağını görmür. Yolun çalışdıqca qırağından kənara sürmək lazımdır ki, yolun qırağı elə bilinir möhkəmdir, amma torpaqdı. Çox xahiş edirəm sürücülərdən təkərlərinə fikir versinlər. Təkərlər yaxşı olmasa bu yollara gəlməyə dəyməz. Çox təhlükəlidir.

Mütəxəssislər ağır tonnajlı avtomobillərin  yoldan istifadə etməsini düzgün saymır. Gələn qonaqlara  hava praqnozu ilə tanış olduqdan sonra Xınalıq istiqamətində hərəkət etmələri tövsiyyə edilir. 



Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-07-2018
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7003 san