16:45 02 İyul 2018
205 dəfə oxunub
Çap versiyası
...

Dünya Çemionatının 16-cı turunda Fransa ilə qarşılaşan Argentinanın mundiala vida etməsindən əsəbiləşən bir tərəfdar, futbolu izlədiyi televizoru eyvandan aşağı atıb. 

The Sun-un verdiyi məlumata görə, bununla bağlı çəkilən kadrlarda televizorun parça-parça olduğu görünür. Lakin xoşbəxtlikdən küçə boş olduğu üçün yaralanan olmayıb.

 Xatırladaq ki, iyunun 30-da "Kazan Arena"da son dünya çempionatının finalçısı Argentina ilə son Avropa vitse-çempionu Fransa yığmaları üz-üzə gəlib. Görüş Fransanın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə penaltidən Antuan Qrizmann açıb. Fransalı hücumçu komanda yoldaşı Kilian Mbappeyə qarşı kobudluğa görə təyin edilmiş penaltini dəqiq yerinə yetirib. 41-ci dəqiqədə Anxel Di Maria uzaqdan qüvvətli zərbə ilə bərabərlik qolunu vurub. 48-ci dəqiqədə Qabriel Merkado Argentinanı hesabda önə çıxarıb. Lakin 57-ci dəqiqədə Benjamen Pavar Fransanın bərabərlik qoluna imza atıb. Qələbə toplarının müəllifi isə 64 və 68-ci dəqiqələrdə Mbappe vurub. O, komandasını növbəti mərhələyə yüksəltməklə yanaşı, oyunun ən yaxşı futbolçusu seçilib. Uzatma dəqiqələrində Serxio Aqüeronun təsəlli qolu isə heç nəyi dəyişməyib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8095 san