21:52 02 İyul 2018
2504 dəfə oxunub
Çap versiyası
Səməd Vəkilov
Hüquqşünas

 

Geniş ictimaiyyətin Əli Əkbər Həsənzadə kimi tanıdığı ilahiyyatçı alim, bu parlaq şəxsiyyət kimdir?

 

Həsənov Ələkbər İsfəndiyar oğlu. Atası Həsənov İsfəndiyar Məşədi Həsən oğlu 1927-ci ildə Göyçə mahalının Bəyazid rayonunun Ağqala kəndində anadan olmuşdur. Anası Ləzifə Məmmədəli qızı Həsənova əslən İrəvan şəhərindəndir. Atası İsfəndiyar Həsənov 1945-ci ildə 2-ci dünya müharibəsinə çağırılmış və müharibənin başa çatması ilə əlaqədar Daşkəsən şəhərinə göndərilmişdir. O, həmin şəhərin ilk qurucularından olmuşdur. İsfəndiyar Həsənov bir müddət filiz emalı və istehsalı ilə məşğul olan müəssisələrdə müxtəlif vəzifələrdə çalışmış, 1970-ci il tarixdə Kəlbəcərdə Civə Zavodu kimi tanınan Kəlbəcər Ağyataq Şorbulaq Civə zavodunun müdiri vəzifəsinə təyin edilmişdir.

Ustad Əli Əkbər Həsənzadə 27 iyul 1951-ci il tarixdə Daşkəsən şəhərində anadan olmuşdur. 1958-1968-ci illərdə S.Vurğun adına 4 saylı Daşkəsən şəhər orta məktəbində təhsil almış və həmin məktəbi gümüş medalla bitirmişdir. O. 1968-1973-cü illərdə Azərbaycan Neft və Kimya (“Faydalı qazıntı yataqları axtarışının və kəşfiyyatının geofiziki metodları”) İnstitutunu bitirmişdir. Əli Əkbər Həsənzadə təyinatla gənc mütəxəssis kimi Rusiya Federasiyasının Kuybışev şəhərinə işləməyə göndərilmişdir. 1975-ci ildə Bakıya qayıtmış, Elmi Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. Elə həmin dövrdə Elmi Tədqiqat İnstitutunun aspiranturasının əyani şöbəsinə qəbul olmuşdur.

O, uşaq ikən babası Məşədi Həsəndən əski əlifbanı öyrənmişdir. Əli Əkbər Həsənzadə tələbəlik illərində Livanlı tələbələrlə tanış olmuş, onlardan ərəb-fars dillərini öyrənmişdir. Zaman keçdikcə onun bu dillərə marağı artmış, müstəqil surətdə bu dillərdə oxuyub-yazmağa başlamışdır. Məhz bu marağın nəticəsidir ki, Ələkbər Həsənzadə 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu yanında iki illik xarici dil kursunun “Ərəb dili”ni yaxşı qiymətlə bitirmişdir.

Əkbər Həsənzadə 1980-ci ildə ailə həyatı qurmuş, 5 övladı (1 oğlan, 4 qız) dünyaya gəlmişdir. 1989-cu ildən ömrünün sonuna qədər Bakı şəhərində Pirşağı qəsəbəsində yaşamışdır.

O, 30 ilə yaxın bir müddətdə insanlara təmənnasız olaraq Ərəb dili və Quranı öyrətdi. Ustadın tələbələrinin sayı-hesabı yox idi.

Maraqlı insan idi: qeyri-adi xarizması var idi. Onun obrazını təsvir etməkdə sözlər acizidir. Allah onu doğuluşdan müdrik ruhani obrazında yaratmışdı. Elmi biliklərinin sərhədləri hüdudsuz idi. Poeziya, musiqi, fəlsəfə, dil bilgilərini də üstünə gəlsək, qeyri-adi dərəcədə biliyə malik bir şəxs idi. Sabir poeziyasının vurğunu idi. Sabir şerlərini o qədər poetik cəhətdən gözəl ifa ilə söyləyirdi ki, heyran olmaya bilmirdin. Zəngin elmi təfəkkürü və dünyagörüşü ilə hamıdan fərqlənirdi. Sovet dönəmindən ta ölümünədək insanlara müqəddəs Qurani - Kərimi öyrətmək kimi təmənnasız xidməti müqəddəs kitabın nurunu onun ruhuna hopdurmuşdur.

Mən Əliəkbər Həsənzadəyə həmişə məbədgah kimi baxırdım. Cavabı olmayan sual yox idi onda. Həqiqət eşitmək istəyən və istəməyən adamlara eyni təmkinlə doğrunu söyləyirdi.

“Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin”. (Bəqərə, 153)

Şəhid Doktor Əli Şəriəti və iki dəfə Nobel mükafatı laureatı olmuş Aleksis Karellin dua haqqında fikir və mülahizələrini başa düşmək üçün Ustad Əliəkbər Həsənzadənin yazdığı duaları tədqiq etmək kifayət edərdi. Bir gün Ustad öz evində iri - şəffaf  qutunun içərisindəki duaları göstərib dedi: “Bilirsən bunlar nədir? Bu şəffaf qutunun içərisindəki duaları mənə yazdırıblar, amma gəlib aparmayıblar”. Sonra sözünə davam edən Ustad bildirdi ki, bu dualar mən yazandan sonra dərhal Allah qatında qəbul olunduğu üçün bunu yazdıran insanlar ehtiyac duyub gəlib götürməyiblər.

Qeyri-adi dərəcədə təvazökar olan Ustad dedi ki, Allah mənim qələmimə kəramət verib. Bu isə ona Allah-Təalanın bəxş etdiyi bir nemət idi. O, elm və müdriklik məbədi idi.

Ustadla sonuncu söhbətimizdə onun bir daha nə qədər müdrik bir alim olduğuna şahidi oldum. Ustadın özünü necə hiss etdiyini soruşdum. Dedi ki, pis hiss edir özünü: “Təngnəfəs oluram, ürəyim çox pis ağrıyır. Dedim, ustad, mənim yaxşı ürək həkimi dostum var, hökmən gətirəcəyəm sizə baxsın”.

Sonra bəzi söhbətlər etdik, məsləhətlər etdim. Ustad bildirdi ki, İlahi təqdirə qarşı getmək olmaz. Və maraqlı bir misal çəkərək dedi ki, tanıdığım bir ailə var idi, qardaşı xırda bir cinayət törətmişdi. O adam müxtəlif üsullarla onu məsuliyyətdən qurtarmağa çalışdı və nail oldu. Nəticə çox ağır oldu, adam zindandan çıxıb gedib adam öldürdü və bütün ailəni daha böyük fəlakətlərə düçar etdi.

Ustadın ölümündən 3 gün əvvəl günorta vaxtı onunla telefon əlaqəsi saxladım. Dedi ki, xəstəxanadayam. Mən axşam saatlarında şair dostum Elşad Bayramov və ürək həkimi Akif Məmmədovla birlikdə Ürək Xəstəlikləri İnstitutuna tərəf getdik və nə qədər Ustadla əlaqə saxlamağa cəhd etsəm də, mümkün olmadı. Mən İlahi təqdirə qarşı getmək niyyətində deyildim, amma dostluq borcumu yerinə yetirmək istəyirdim. Lakin Ustadın dediyi kimi, İlahi təqdirə qarşı gedə bilmədik…

Uzun illər münasibət saxladığım və dostluq etdiyim Ustada bu qədər bağlı olduğumu onun ölümündən sonra anladım.

Məkanı cənnət olsun!

 


Müəllifin digər yazıları

  1. Milli ziyalı Mobil Vəkiloğlu haqqında..
  2. “Qarabağa məktub” şeirinin müəllifi Abdurrahim Karakoç kimdir? (VİDEO)
  3. Müdriklik məbədgahı yaxud ustad Əli Əkbər Həsənzadə kimdir?
  4. Alim öldü, aləm öldü: Türk dünyası nəhəng alim Fuad Sezgini itirdi
  5. Üçüncü şəxs kim olub? Polkovnik belə söyləyir!
  6. NƏDƏN XOCALIYA GEDƏ BİLMƏDİK?
  7. Kərəm özünü necə "yandırdı?!..."
  8. Hacı Zakir Bayramov -70
  9. Ömür dediklərin bir karvan yolu.... (Hacı Sədrəddinin xatirəsinə həsr edilir)
  10. RAMİN QASIMOVU TANIYAQ
  11. Dostların ərk yeri Rasim Mirzəyev!
  12. MÜDRİKLİK MƏBƏDGAHI – USTAD ƏLİƏKBƏR HƏSƏNZADƏ: Fotolar
  13. HƏSƏNİ TƏCİLİ HƏCCƏ GÖNDƏRİN...
  14. Multikulturalizmin etnosiyasi çalarları
  15. Mədəni irsimizin qorunmasi və manqurtlaşdirilmiş gənclik!
  16. Vəkil Akif Əlizadə haqqında...
  17. Tarixi yaddaşın gen daşıyıcısı Əhməd Vəkilov
  18. ƏRK QALASI !
  19. Məhkumluq, yaxud Məmməd ağa Şahtaxtinski və Əhməd bəy Ağayev bir-birini sevirdimi?
  20. Ömür dedikləri bir karvan yolu...!
  21. ANAN ÖLSÜN AY MARK, NADİRİ NƏ GÜNLƏRƏ SALDIN?!
  22. Sürayyə Ağaoğlu Türkiyənin ilk qadın vəkili - Fotolar
  23. Əhməd Cavad - Yol ver Türkün bayrağına!
  24. Zeynəb ...duyğu və harmoniya!
  25. Azərbaycanın ilk hüquq professoru Mustafa Ağa Vəkilovun 115 illk yubileyi tamam olur
  26. Sevda yolçusu ...
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.1003 san