10:10 12 İyul 2018
175 dəfə oxunub
Çap versiyası
...

Yaponiyanın qərbində təbii fəlakət nəticəsində həlak olanların sayı 195 nəfərə çatıb.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib. Onun sözlərinə görə, hazırda daha dörd nəfərin səhhəti ağır vəziyyətdədir. Baş katib əlavə edib ki, rəsmi olaraq 23 nəfər itkin düşüb. Bununla yanaşı, Hiroşima prefekturasında 42 nəfərin yerini hələ də müəyyənləşdirmək mümkün olmayıb və belə məlumatlar daxil olmaqda davam edir. O deyib ki, iyulun 14-də Baş nazir Şinzo Abe bir daha zərərçəkən rayonlara səfər edəcək.

Hazırda fəlakət rayonunda özünümüdafiə qüvvələrinin, polisin və yanğınsöndürmə dəstələrinin 77 min əməkdaşı çalışır. Axtarış-xilasetmə işlərinə 80 helikopter cəlb edilib.

NHK teleşirkətinin yaydığı məlumata görə, hadisə rayonundan 5600 nəfər təxliyə edilib. 239 min ev təsərrüfatı hələ də susuz qalıb ki, bunların da əksəriyyəti Hiroşima prefekturasında yerləşir.

Mütəxəssislərin rəyinə görə, yağışlar nəticəsində dolmuş dambanın açılması barədə məlumatın yerli sakinlərə çatdırılmaması ölüm hallarının sayının artmasına səbəb olub. Belə ki, yerli hakimiyyət orqanları bununla əlaqədar sakinlərin məlumatlandırıldığını bildirsələr də, əhali heç bir məlumat almadığını bildirir. Buna görə də gələcəkdə belə halların baş verməməsi məqsədilə xəbərdarlıq sisteminin təkmilləşdirilməsi barədə təkliflər irəli sürülür.

Vüqar Ağayev


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-09-2018
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.4222 san