10:40 12 İyul 2018
455 dəfə oxunub
Çap versiyası
...

 

“XVIII əsrin I yarısı Azərbaycan tarixi rusdilli qaynaqlarda” toplusunun (rusca) II və III cildləri və “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” (türkcə) adlı kitab çap olunub.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan verilən məlumata görə, rus dilində nəşr olunan sənədlər toplusunun tərtibçisi institutun “Ümumi tarix” şöbəsinin müdiri, professor Tofiq Mustafazadə, türk dilinə tərcümə olunan kitabın müəllifi isə institutun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, professor Şahin Fazildir.

 

“XVIII əsrin I yarısı Azərbaycan tarixi rusdilli qaynaqlarda” toplusu “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində nəşr olunub. Layihənin rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. İnstitutun Elmi Şurasının qərarı ilə çap olunan topludakı sənədlərin transliterasiyası, “Ön söz” və şərhlər Tofiq Mustafazadəyə məxsusdur.

 

Üçcildlik topludakı sənədlər Rusiya Federasiyasının müxtəlif arxivlərindən (Rusiya Dövlət Hərbi-Tarix Arxivi, Rusiya Dövlət Tarix Arxivi və s.) toplanıb. Sənədlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi, tarixi coğrafiyası və etnoqrafiyası barədə qiymətli məlumatlar var. XVIII əsrdə çap olunmuş və hal-hazırda nadir tapılan bir neçə əsər də (C.Bell və İ.Qerberin əsərləri) topluya daxil edilib. Topluya daxil edilmiş sənədlər Rusiya çarı I Pyotrun və onun xələflərinin Azərbaycanla bağlı yeritdiyi siyasətin işğalçılıq mahiyyətini açmağa və Azərbaycan uğrunda gedən beynəlxalq rəqabəti təsvir etməyə imkan verir.

 

“TEAS Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” adlı kitabda Azərbaycanın göstərilən dövrdə yalnız Türkiyə ilə deyil, həmçinin Orta Asiya, Suriya, Misir, Rusiya, Gürcüstan, Venesiya, Almaniya, Portuqaliya və başqa ölkələrlə də münasibətləri haqqında müəyyən məlumat var. Əsər fars, türk, italyan, rus, ingilis, alman, fransız dillərində mövcud olan bir sıra ilkin mənbə və tədqiqat əsərləri əsasında yazılıb. Qeyd edək ki, Ş.Fazil İsgəndər bəy Münşi, Həsən bəy Rumlu, Jozef Tiflisi və Yan Tadeuş Kruşinskinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-09-2018
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.1743 san