14:31 12 İyul 2018
178 dəfə oxunub
Çap versiyası
...

NATO Gürcüstanın avroatlantik məkana inteqrasiyasını tam dəstəkləyir. Gürcüstan gələcəkdə NATO-nun üzvü olacaq.

 

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyansın Brüsseldə davam edən sammitindəki çıxışında deyib. Bildirib ki, NATO-nun Gürcüstanla tərəfdaşlığı unikaldır və Tbilisi alyansın ən əsas tərəfdaşı və etibarlı dostlarındandır.


Bununla belə, Stoltenberq Gürcüstanın nə qədər müddətə NATO-ya üzv olacağını açıqlamayıb. 

Gürcüstanın alyansa üzvlüyünün hazırlanması üçün birgə işləyəcəklərini deyən Stoltenberq xüsusilə vurğulayıb ki, tezliklə Qara dənizdə hərbi əməkdaşlığı gücləndirəcəklər: "NATO və Gürcüstan yaxın zamanlarda hərbi təlimlər də daxil olmaqla, Qara dənizdə təhlükəszilik sferasının genişləndirilməsi məsələsinə baxacaqlar.” 

Qeyd edək ki, mayda Gürcüstanın sabiq baş naziri Georqi Kvirikaşvili ölkəsinin 2021-ci ildə NATO-ya daxil olacağını bəyan etmişdi.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5651 san