23:22 12 İyul 2018
Çap versiyası
...

Surxanı rayonu ərazisində yerləşən duzlu gölə avtomobillə daxil olmaq üçün sürücülərdən qeyri-qanuni ödəniş tələb olunur. Bu isə gölə gələn vətəndaşların narazılığına səbəb olur. Məsələnin təfərrüatlarını təqdim edirik.

Duzlu gölün ərazisinə daxil olmaq üçün məcburi şəkildə bir manat ödəməlisən. Pulu ödəməyən sürücülərin avtomobili isə əraziyə buraxılmır.

Sürücülər həmin əraziyə nəzarət edən şəxsdən ödədiyi pula görə qəbz tələb etsələr də, obyekt sahibi qəbzi verməkdən imtina edir.

Söhbət Paytaxtın Suraxanı rayonu Qum adasının yaxınlığında yerləşən duz gölündən gedir. Elə ərazidə çəkiliş apardığımız zaman da bunun şahidi olduq. Gördüyünüz bu şəxs gölə gələn hər bir maşına yaxınlaşıb sürücülərdən 1 manat tələb edir. Bu isə gölə istirahətə gələn vətəndaşların narazılığına səbəb olur.

Vətəndaşlardan qanunsuz pul yığan nəzarətçi isə etdiyi əmələ haqq qazandırmağa səbəb də tapdı.

Bununla yanaşı, nəzarətçi 1 manatın qanuni yığıldığını, hətta buna görə vətəndaşlara qəbz də verildiyini bildirdi. Ancaq bu qəbzi təqdim edə bilmədi.

Məsələ ilə bağlı Vergilər Nazirliyindən xəzər xəbərə bildirildi ki, həmin ərazidə sürücülərdən qeyri-qanuni pulun alınması ilə bağlı araşdırma aparılacaq. Araşdırmanın nəticəsindən aslı olaraq da tədbir görüləcək.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
24.09.2018 Neft bahalaşıb
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.0319 san