11:22 16 İyul 2018
122 dəfə oxunub
Çap versiyası
...

Yaxın vaxtlarda fəaliyyətə başlayacaq 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - "Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal, Məhəmməd Xiyabani küçəsi - "Əhmədli” metrostansiyası) marşrut xətləri boyunca sərnişinlərin rahatlığı üçün zəruri infrastruktunun yaradılması işləri davam etdirilir.
 
Bakı Nəqliyyat Agentliyindənverilən məlumata görə, bu çərçivədə sərnişinlərin BakıKart əldə etməsi eyni zamanda balansı artırmaq üçün 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Marşrut xətləri boyunca 15 yeni dayanacaq məntəqəsi də müəyyən edilib ki, hazırda onların müvafiq qaydada nişanlanması işləri aparılır.
 
Xatırladaq ki, 20 və 94 nömrəli müntəzəm marşrut xətləri müsabiqə yolu ilə birləşdirilərək sərnişindaşıma işinin təşkili "BakuBus” MMC-yə həvalə edilib. Qeyd edilən marşrut xətlərinin fəaliyyəti 7A və 7B olmaqla müasir və komfortlu avtobuslarla təşkil ediləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9422 san