17:01 16 İyul 2018
324 dəfə oxunub
Çap versiyası
...

Çayı qənd, limon, süd və balla içmək olmaz.

Qaynar çay balın və limonun faydalı xassələrini öldürür.

Qənd

Çayı qəndlə içmək klassik üsuldur. Lakin araşdırmalar nəticəsində məlum olub ki, çayı şəkərsiz içən xalqlar onkoloji xəstəliklərdən daha az əziyyət çəkir. Bəzi həkimlər əlavə edirlər ki, bu fakt yalnız qara çaya aiddir.

Şəkər yaşıl çayın müsbət xüsusiyyətlərinə heç bir təsir göstərmir, əksinə onu daha faydalı edir.

Süd

Çayda olan kaxetin sərbəst radikalları neytrallaşdıran təbii antioksidant sayılır. Bu komponent tərəvəz və meyvələrə nisbətən yaşıl çayda qat-qat daha yüksək miqdardadır. O, şəkərli diabet və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara faydalıdır.

 

Amma eksperimentlərdə sübut olunub ki, çaya süd əlavə etdikdə kaxetinin sehrli xüsusiyyətləri yox olur. Hərçənd, bəzi həkimlər güman edirlər ki, bu məsələ haqqında dəqiq fikir irəli sürmək hələ tezdir.

Təmiz bal

Təmiz bal şəkərdən xeyli faydalıdır. Amma çayını balla qarışdıranlar böyük risk edir. Çünki bal faydalı xassələrini 40 ° C temperaturda itirir, 60 ° C halda isə həzm orqanlarının neoplazmalarına səbəb ola bilən kanserogenlərlə əvəz olunur.

Limon

Limon əsl vitamin anbarıdır. O, həm də yüksək temperaturun təsiri altında öz faydalı xassələrini itirir. Bu səbəbdən də yaxşı olardı ki, limon dilimini çay soyuyanda əlavə edəsiniz. (publika.az)


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7323 san